Rumıniya Parlamentinin aşağı palatası Moldova ilə birləşmə haqqında qanun layihəsini qəbul edib
Rumıniya Parlamentinin aşağı palatası avropalı parlamentari Diana Şoşoake tərəfindən təqdim olunan Rumıniya və Moldovanın birləşməsi haqqında qanun layihəsini qəbul edib.
Rumın mediasının məlumatına əsasən, Şoşoakenin qanunvericilik təşəbbüsü Deputatlar Palatasına cari ilin fevral ayında daxil olub.
Qeyd etmək lazımdır ki, qanun layihəsi “səssiz qəbul” adlanan prosedurdan keçib. Bu prosedura əsasən, qanun layihəsi 45 gün ərzində plenar iclasda müzakirə edilmədikdə və rədd olunmadıqda, avtomatik olaraq qəbul edilmiş hesab olunur.
Deputatlar Palatasının qərarı yekun xarakter daşımır. Qanun layihəsi indi baxılmaq üçün Rumıniya Parlamentinin yuxarı palatası olan Senata göndəriləcək. Əgər Senat bu təşəbbüsü təsdiqləməzsə, qanun layihəsi qüvvəyə minə bilməyəcək.