Rumıniya Parlamenti hökumətə etimadsızlıq göstərib

18:44, 05.05.2026

 

Rumıniya Parlamenti avropayönümlü baş nazir İle Bolocaninin hökumətinə etimadsızlıq göstərib. Bu haqda məlumatı rumın mediası yayır.

Medianın məlumatına əsasən, səsvermədə 281-i lehinə, 4 əleyhinə səs verib. Sosial Demokrat və ifrat sağçı partiyalar səsvermənin təşəbbüskarları olublar.

Medianın yazdığı kimi, Rumıniyada siyasi böhran hakim koalisiyanın parçalanması nəticəsində başlayıb. Səsvermədən qısa müddət əvvəl, aprelin 23-də Sosial Demokrat partiyasının yeddi üzvü hökuməti tərk edib.

Sosial Demokrat partiyası hökuməti dəstəkləməkdən imtina edib və baş naziri istefa verməyə çağırıb. Onlar baş naziri ölkənin “iqtisadiyyatını məhv etməkdə” günahlandırırlar.

Oxşar