Rumıniya-Norveç koronavirusa görə təxirə salındı
Rumıniya-Norveç koronavirusa görə təxirə salındı

Millətlər Liqasının beşinci turunun Rumıniya-Norveç matçı, skandinaviyalı futbolçulardan birinin koronavirusa yoluxması səbəbindən təxirə salındı.

Norveç yığması futbolçusunda Buxarestə yola düşənə qədər koronavirus təsdiq olundu və komanda ümumiyyətlə Rumıniyaya getməmək qərarına gəldi.

Norveç tərəfi qəbul olunan qərar barəsində UEFA-nın xüsusi xidmətini məlumatlandırdı. Lakin UEFA-nın hansı qərarı çıxaracağı hələlik məlum deyil. İstisna deyil ki, Norveç milli komandasına elan olunmaması səbəbindən texniki məglubiyyət verilsin.