Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, ölkə ərazisində Rusiya dronu düşüb
Rumıniya ərazisində Rusiya dronu düşüb – bu barədə ukraynalı media Rumıniya Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.
Rumıniya Müdafiə Nazirliyindən bildirilib ki, Rusiya qüvvələri dronlarla Rumıniya sərhədinə yaxın ərazilərdə Ukrayna mülki obyektlərinə və infrastruktura hücumlar həyata keçiriblər.
Hadisə yerli vaxtla təxminən gecə saat 1:00 radələrində baş verib.
Hadisə yerinə yanğınsöndürən briqadalar və Müdafiə Nazirliyinin qrupları göndərilib, onlar dron parçalarını aşkar ediblər.
Ölən və ya yaralananlar barədə məlumat verilməyib.