Ruxi Xəstəxanasında koronavirusa yoluxan 13 pasiyent müalicə olunur, onların vəziyyəti sabitdir
Ruxi Xəstəxanasında bu vaxt üçün koronavirusa yoluxan 13 pasiyent qalmaqdadır. Xəstəxananın kliniki direktoru, Nikoloz Karsivadzenin bəyan etdiyinə görə, pasiyentlərin hamısının sağlamlıq vəziyyəti sabitdir.
Karsivadzenin məlumatına görə, koronavirusa yoluxan birinci pasiyentin təkrar cavabı dünən mənfi idi. Birinci test isə, müsbət idi. Pasiyentə bu gün yenə test edilcək və cavabın mənfi olduğu təqdirdə, Ruxi Xəstəxanasını ilk sağalan pasiyent tərk edəcək.
İlk pasiyenti, 54 yaşlı qadını Ruxi Xəstəxanasına mayın beşində təsdiq olunmuş koronavirus diqnozu ilə yerləşdirdilər. Onun Türkiyəyə səyahəti tarixi var.