Ruxi Klinikasında koronavirusa yoluxan səkkiz pasiyent müalicə olunur
Ruxi Klinikasında koronavirusa yoluxan səkkiz pasiyent müalicə olunur. Ruxi Respublika Xəstəxanasının direktor vəzifəsini yerinə yetirən, Mayko Canaşiyanın bəyan etdiyinə görə, onlardan ikisi yeni pasiyentdir.
Elə onun dediyinə görə, bu mərhələdə pasiyentlərin sağlamlıq vəziyyəti sabitdir.
“Bu mərhələdə, klinikada səkkiz pasiyent müalicə olunur. Onlar arasında altısı yeni pasiyentdir. Buradan dördü Quriyada yoluxub, biri Senakidəndir, biri isə, Kutaisindən. Virusa yoluxanlar arasında ikisi həddi büluğa çatmayandır. Bu mərhələdə pasiyentlərin sağlamlıq vəziyyəti sabitdir”, – Mayko Canaşiya bəyan etdi.