Ruslar Xarkovun mərkəzi rayonunu bombaladılar
Ruslar Xarkovun mərkəzi rayonunu bombaladılar

Ruslar Xarkovun mərkəzi rayonunu bombaladılar, tələfat var.

Məlumatı Xarkov vilayət hərbi dairəsinin rəisi, Oleq Sinequbov yayır.

Onun sözlərinə görə, Xarkov şəhərinin mərkəzi rayonlarından birinə ruslar tərəfindən raket atıldı.

“18 nəfər xəsarət aldı, onlar tibb müəssisələrinə yerləşdirildilər. Təəssüf ki, bir nəfər yerindəcə dünyasını dəyişdi. Hazırda xilasedicilər nəticələrin aradan qaldırılması üçün gücləndirilmiş iş rejimində işləyirlər. Əhalidən xüsusilə diqqətli olmağı xahiş edirəm. Göründüyü kimi, düşmən yaşayış məntəqələrinə hücumların intensivliyini artırdı. Həyəcan siqnalını diqqətsiz qoymayın”, – Sinequbov bəyan etdi.