Ronaldinyo Batumidədir
Ronaldinyo Batumidə səfərdədir. Dünya futbolunun əfsanəsinə Acara hökumətinin sədri Zurab Pataradze ev sahibliyi edib.
“Bu gün hökumət üzvləri və Batumi şəhərinin meri ilə birlikdə dünya futbolunun əfsanəsi Ronaldinyo ilə görüşdük.
Görüşdə İtaliyanın “Cipriani” brendinin rəhbəri Cuzeppe Çipriani, “ORBI Group”un baş direktoru İrakli Kverğelidze və “BLOCK Group”un rəhbəri Tornike Canaşia iştirak edirdilər.
Oxşar səfərlər Batumi üçün beynəlxalq diqqəti cəlb etmək və şəhərimizi daha geniş auditoriyaya tanıtmaq imkanıdır.
Bu marağın turizmin inkişafına, yeni işgüzar əlaqələrin qurulmasına və yerli biznes üçün daha çox imkanların yaradılmasına xidmət etməsi vacibdir” – Zurab Pataradze sosial şəbəkədə yazır.