Ronaldinio Tbilisidədir – Əfsanələrin matçına hazırlıq tamamlanmaq üzrədir #1TVSPORT
“Barselona”nın əfsanəvi futbolçusu Ronaldinio Tbilisidədir – məlumatı Gürcüstan yığmasının sabiq kapitanı və paytaxtın meri Kaxa Kaladze yayır.
Veteranların yoldaşlıq matçından əvvəl “Marriott” mehmanxanasında mətbuat konfransı keçirilib və “Barselona”nın sabiq futbolçuları – Yari Litmanen və Xavier Saviola, eləcə də Gürcüstan yığmasının əfsanələri – Kaxa Kaladze və Şota Arveladze jurnalistlərin suallarını cavablandırırdılar.
Mətbuat konfransı zamanı Ronaldinionun Tbilisiyə daha sonra gələcəyi və mayın 16-na planlaşdırılan matçda iştirak edəcəyi məlum olub.
“Barselona”nın əfsanələri və Gürcüstan yığmasının veteranları “Dinamo Arena”da üz-üzə gələcəklər. Görüş sabah saat 19:00-da başlayacaq və Gürcüstanın Birinci Kanalı birbaşa efirdə sizə təqdim edəcək.