Romada Ümumdünya Ərzaq Forumu çərçivəsində “Gürcü buğdası: Gələcək üçün ənənə” mövzusunda yüksək səviyyəli beynəlxalq tədbir keçirilib

18:27, 13.10.2026

 

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Romada, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mənzil-qərargahında, Ümumdünya Ərzaq Forumu (World Food Forum 2026) çərçivəsində “Gürcü buğdası: Gələcək üçün ənənə” mövzusunda yüksək səviyyəli beynəlxalq tədbir keçirilib.

Tədbirin məqsədi beynəlxalq auditoriyanı gürcü buğdasının tarixi, unikal genetik rəngarəngliyi və bununla bağlı ənənələrlə tanış etmək, həmçinin ənənəvi bilik və müasir elmi yanaşmaların əhəmiyyətinə diqqət yönəltmək olub.

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani, FAO-nun baş direktorunun müavini Mauritsio Martina, Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (ICCROM) baş direktoru Aruna Françeska Maria Qucral, Gürcüstanın mədəniyyət nazirinin müavini Natia Şamatava və Gürcüstanın İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, FAO yanında daimi nümayəndəsi Tamuna Liluaşvili tədbir iştirakçıları qarşısında çıxış ediblər.

“Romada, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mənzil-qərargahında “Gürcü buğdası: Gələcək üçün ənənə” adlı tədbir keçirildi. Tədbirdə yüksək rütbəli qonaqlar iştirak edirdilər və bizim onlara gürcü buğdasının 8000 illik tarixini və YUNESKO tərəfindən mədəni irs statusu ilə tanınmış gürcü çörəyinin qədim bişirilmə ənənəsini təqdim etmək imkanımız oldu” – Davit Sonğulaşvili bildirib.

Oxşar