Romada Conti tarixi qülləsinin bir hissəsinin çökməsi nəticəsində bir nəfər həlak olub
Romada XIII əsrə aid Conti tarixi qülləsinin bir hissəsinin çökməsi nəticəsində bir nəfər həlak olub.
“Reuters”in yazdığına görə, həlak olan şəxs 11 saat boyunca dağıntıların altında qalmış rumıniyalı fəhlə olub.
Roma polisinin məlumatına əsasən, kişi təcili yardım maşınında dünyasını dəyişib.
Bundan əlavə, bir başqa fəhlə də yaralanıb və dərhal xəstəxanaya aparılıb. Onun həyati təhlükə yaradan xəsarətləri yoxdur.
İtaliya mediasının məlumatına görə, daha iki nəfərə tibbi yardım hadisə yerində göstərilib.
Kolizeyə yaxın yerləşən orta əsr qülləsinin bir hissəsi onun rekonstruksiyası zamanı uçub. Çökmənin səbəblərini araşdırmaq üçün istintaq başlanıb. Qeyd edək ki, Romada yerləşən bu tarixi qüllə 1238-ci ildə Papa İnokenti III-ün qardaşı Riçard Conti tərəfindən ailəsi üçün yaşayış rezidensiyası kimi tikilmişdi.