Roma Papası XIV Leo əhalinin sərt qış şəraitində xilas olmasına kömək etmək üçün Ukraynaya 80 generator göndərib – bu haqda məlumatı Vatikan yayır.
Romada yerləşən Müqəddəs Sofiya Bazilikasından Ukrayna kilsəsindən üç yük avtomobili göndərilib və artıq Kiyevə çatıb.
Medianın yazdığı kimi, generatorlarla yanaşı, Ukraynaya antibiotiklər, iltihab əleyhinə vasitələr və vitaminlər də daxil olmaqla minlərlə dərman da göndərilib.
Məlumat üçün bildirək ki, Ukrayna hakimiyyəti Rusiyanın son aylarda Ukraynanın enerji obyektlərinə hücum etdiyini bəyan edir. Bu səbəbdən bir çox insan işıqsız və istiliksiz qalıb.