Roma Papası XIV Leo - Rusiyanın Milad atəşkəsindən imtina etməsi böyük təəssüf doğurur, xoş niyyətli insanları sülh günü kimi Milada hörmət etməyə bir daha çağırıram
Roma Papası XIV Leo - Rusiyanın Milad atəşkəsindən imtina etməsi böyük təəssüf doğurur, xoş niyyətli insanları sülh günü kimi Milada hörmət etməyə bir daha çağırıram

 

Rusiyanın Milad atəşkəsindən imtina etməsi böyük təəssüf doğurur – bu haqda Roma Papası XIV Leo jurnalistlərə deyib.

Papanın qeyd etdiyi kimi, o, Miladda 24 saat ərzində sülhün olacağına ümid edir.

“Böyük təəssüf doğuran şeylərdən biri Rusiyanın atəşkəsə razılaşmaqdan imtina etməsidir. Xoş niyyətli insanları sülh günü kimi Milada hörmət etməyə bir daha çağırıram. Ümid edirəm ki, onlar bizi dinləyəcəklər və bütün dünyada 24 saat ərzində sülh olacaq” – Papa bildirib.

Ötən həftə Kremlin mətbuat katibi Dimitri Peskov Almaniyanın kansleri Fridrix Mertsin Milad dövründə müharibədə mümkün atəşkəs haqda çağırışını rədd etdi. Peskovun dediyi kimi, Kreml atəşkəs istəmir, çünki bu, Ukraynaya fasilə verməyə və müharibənin davam etməsinə hazırlaşmağa imkan verəcək.