Roma Papası – Vladimir Putindən zorakılığı və ölümü dayandırmağı xahiş edirəm, hətta öz xalqının sevgisi naminə, Ukrayna prezidentini ciddi sülh təklifinə açıq olmağa çağırıram
Roma Papası Fransisk Rusiya prezidenti, Vladimir Putini Ukraynadakı zorakılığı dayandırmağa çağırdı. Katolik Kilsəsi rəhbərinin bəyan etdiyinə görə, hazırkı böhran idarəolunmaz qlobal nəticələrlə nüvə eskalasiyasını təhdid edir.
Roma Papası həmçinin, Müqəddəs Pyotr Meydanında toplaşanlar qarşısında Ukrayna prezidenti Vladimir Zelenskini istənilən ciddi sülh təkliflərinə açıq olmağa çağırdı.
“Mənim müraciətim ilk növbədə Rusiya Federasiyasının prezidentinədir. Ondan zorakılığın və ölümün bu spiralını dayandırmağı xahiş edirəm. Hətta öz xalqının sevgisi naminə. İkinci tərəfdən, bərabər ümidlə Ukrayna prezidentinə müraciət edirəm, ciddi sülh təklifinə açıq olun. Mən beynəlxalq həyatın bütün qəhrəmanlarını və xalqların siyasi liderlərini təhlükəli eskalasiyalara qarışmadan, hazırkı müharibəni bitirmək üçün hər şeyi etməyə, dialoq təşəbbüslərini təşviq etməyə və dəstəkləməyə çağırıram”, – Roma Papası bəyan etdi.