Roma Papası Ukraynanın “ağ bayraq” ucaldıb danışıqlara başlamaq üçün cəsarətinin olmasını bəyan edir
Ukraynanın “ağ bayraq ucaltmağa cəsarəti olmalıdır”, – bu barədə Roma Papası Fransisk İsveçrə nəşrinə verdiyi müsahibədə bildirib.
Müsahibə fevral ayında lentə alınıb və martın 20-də televiziya efirində yayımlanacaq.
Roma Papasına müxtəlif tərəflər arasında gedən müzakirələr barədə sual verilib, bir hissəsi Ukraynanın Rusiyanı dayandıra bilmədiyi üçün təslim olması lazım olduğunu, digər hissəsi isə təcavüzkarın davranışını qanuniləşdirdiyini bildirib. Müsahibə zamanı ilkin olaraq “ağ bayraq” ifadəsindən jurnalist istifadə edib.
“Hesab edirəm ki, ən güclü insan vəziyyətə nəzarət edən, xalqı düşünən, “ağ bayraq” ucaltmağa cəsarəti çatan, danışıqlar aparandır. “Danışıqlar” iqidlik sözüdür. Məğlub olduğunuzu, işlərin yaxşı getmədiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır”, – deyə Roma Papası bildirib.