Roma Papası Ukraynadakı müharibəni 1930-cu illərin Qolodomoru ilə müqayisə etdi

12:42, 24.11.2022

Roma Papası, Fransiske Ukraynadakı müharibəni 1930-cu illərin Qolodomoru ilə müqayisə etdi.

Roma Papası hamını ukraynalılar üçün dua etməyə çağırdı.

“Gəlin, işgəncələrə məruz qalan Ukrayna haqqında düşünək. Noyabrın 26-da dəhşətli Qolodomor soyqırımının ildönümü qeyd olunur. 1932-33-cü illərdə Stalinin süni şəkildə yaratdığı aclıqla məhv etmə. Bu soyqırım qurbanları üçün dua edək və bu gün təcavüz işgəncəsindən əziyyət çəkən saysız-hesabsız Ukraynalılara – uşaqlara, qadınlara, qocalara dua edək”, – Roma Papası bəyan etdi.

Oxşar