Roma Papası Ukraynada müharibəni “bəşəriyyətin reqressiyası” adlandırır. Ukraynada cari müharibə barəsində Fransiske Müqəddəs Pyotr Meydanına toplaşan minlərcə insan qarşısında ibadət dua zamanı danışdı.
Onun dediyinə görə, Mariupol vəhşicəsinə bombalandı və məhv edildi. Roma Papası “Azovstaldan” insanların çıxarılması üçün humanitar dəhlizin təmin edilməsi çağırışı ilə çıxış etdi.
“Fikirlərim Ukraynanın Mariupol şəhəri, vəhşicəsinə bombalanan və dağıdılan Müqəddəs Məryəm şəhəri ilə bağlıdır. İndi də, buradan bir daha bu şəhərin polad zavodunda təcrid olan insanlar üçün təhlükəsiz humanitar dəhlizlərin yaradılmasına çağırıram. Ukrayna xalqının içgəncələrini, xüsusən də ən köməksiz insanların, qocaların və uşaqların əzablarını düşünəndə ağlayıram. Uşaqların təqibi və deportasiyası barəsində məlumatlar yayılır. İndi də, bəşəriyyətin reqressiyasına baxanda, sizdən soruşuram, bu qədər əzab çəkən insanlarla, həqiqətən sülhə doğru cəhd edirik ya yox, hərbi və spzlə eskalasiyanın başdan rədd edilməsinin iradəsi var ya yox, silahı dayandırmaöa görə hər şeyi edirik ya yox? Xahiş edirəm, zoraklıq məntiqinə təslim olmayaq. Gəlin dialoq və sülh yolunu seçək”, – Fraksiske bəyan etdi.