Roma Papası Leo: “Mən sülh dialoqunun davam etdirilməsinə çağırıram, mən müharibənin tərəfdarı ola bilmərə”
Roma Papası Leo: “Mən sülh dialoqunun davam etdirilməsinə çağırıram, mən müharibənin tərəfdarı ola bilmərə”

Roma Papası Leo ABŞ və İranı sülh danışıqlarını davam etdirməyə çağırır. Onun sözlərinə görə, tərəflər beynəlxalq hüquqa hörmət etməlidirlər.

“Bütün tərəfləri sülhün təşviqi, müharibə təhlükəsinin aradan qaldırılması və beynəlxalq hüquqa hörmət naminə sülh dialoqunun davam etdirilməsinə çağırıram. Pastor olaraq mən müharibənin tərəfdarı ola bilmərəm və hər kəsi səylərini əsirgəməməyə, nifrət və parçalanmadan deyil, sülh mədəniyyətindən qaynaqlanan həll yolları axtarmağa səsləyirəm”, – deyə Papa Afrika turundan sonra Romaya qayıdarkən bildirib.