Roma Papası XIV Leo ABŞ-nin vitse-prezidenti Cei Di Vens və dövlət katibi Marko Rubio ilə görüşüb
Roma Papası XIV Leo Vatikanda ABŞ-nin vitse-prezidenti Cei Di Vens və dövlət katibi Marko Rubio ilə görüşüb. Bu barədə məlumatı Vatikan yayır.
Amerikalı rəsmi şəxslər dünən Romanın Müqəddəs Pyotr meydanında keçirilən Papanın andiçmə mərasimində də iştirak edirdilər.
ABŞ-nin vitse-prezidenti Papa ilə görüşdən sonra Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallaqer ilə də görüşüb. Tərəflər Vatikan ilə Amerika Birləşmiş Ştatları arasında yaxşı münasibətlərin olduğunu təsdiqləyiblər. Onlar kilsə ilə Amerika hökuməti arasında əməkdaşlıq məsələsini, eləcə də dünyada cari münaqişələri müzakirə ediblər.