Roma Papası homoseksuallara qarşı çıxan siyasətçiləri Hitlerlə müqayisə etdi
Roma Papası homoseksuallara qarşı çıxan siyasətçiləri Hitlerlə müqayisə etdi.
Bu barədə məlumatı “Royter” agentliyi yayır.
Beynəlxalq informasiya agentliyinin məlumatına görə, qeyd olunan məsələ ilə bağlı bəyanatı, Pontifikos cinayət hüququ haqqında keçirilən beynəlxalq konfransda çıxış zamanı verdi.
Papa Fransisk qeyd etdi ki, homoseksual insanlara qarşı aqressiv olan siyasətçilər ona hitleri xatırladırlar.
Öz çıxışında Roma Papası məsələ ilə bağlı konkret ölkələrin adını çəkmədi, ancaq qeyd etdi ki, müasir dünyada bəzi siyasətçilərin çıxışları ona 1934 və 1936-cı illərdə Hitlerin nitqlə çıxışlartını xatırladır.
Katolik dünyasının dini lideri qeyd etdi ki, belə aqressiv bəyanatlar verən şəxslər nə insan, nə də xristian deyillər.
“İnsanları irqinə, dini mənsubiyyətinə və cinsi orientasiyasına görə təqib etmək və qətlə yetirmək – nifrət mədəniyyətidir və təəssüf ki, 1934-1936-cı illərdə olan hadisələr, bu gün də baş verir” – dedi Roma Papası.