Roma Papası Fransiske Azərbaycan və Ermənistanı mövcud narazılığı sülh yolu ilə həll etmələrinə çağırır
Roma Papası Fransiske Azərbaycan və Ermənistanı mövcud narazılığı sülh yolu ilə həll etmələrinə çağırır.
“Qafqaz bölgəsində sülh üçün dua edirəm və münaqişədə iştirak edən tərəfləri mövcud narazılığı dialoq və danışıqlar yolu ilə həll etmələrinə çağırıram”, – Roma Papası Müqəddəs Pyotr Meydanında ibadət dua mərasimi zamanı bəyan etdi.
Meynada toplaşanlardan xahiş etdi ki, bölgədə sülh üçün birgə dua etsinlər.
Roma Papası Azərbaycan və Ermənistanda 2016-cı ildə olmuşdur.