Roma Papası – Harada sevgi var, orada bizi qonşulardan ayıran "təhlükəsizlik" zonalarına, siyasi millətçiliyin yüksəlmiş forması olan üstünlük təfəkkürünə yer yoxdur
Roma Papası – Harada sevgi var, orada bizi qonşulardan ayıran "təhlükəsizlik" zonalarına, siyasi millətçiliyin yüksəlmiş forması olan üstünlük təfəkkürünə yer yoxdur

Roma Papası Leo XIV millətçi siyasi hərəkatları tənqid edib. Bu barədə o, Müqəddəs Pyotr meydanında bazar günü keçirilən ayin zamanı danışıb.

Vəzir zamanı pontifik Tanrıya dua edib ki, “sərhədləri açsın, divarları dağıtsın və nifrəti yox etsin.”

“Harada sevgi var, orada yalançı inanc sistemlərinə, bizi qonşulardan ayıran ‘təhlükəsizlik’ zonalarına və üstünlük kompleksinə – təəssüf ki, bu gün siyasi millətçilikdə yüksəlmiş şəkildə gördüyümüz təfəkkürə yer yoxdur,” – deyə Roma Papası bildirib.

Onun sözlərinə görə, “Müqəddəs Ruh baryerləri dağıdır və laqeydliklə nifrət divarlarını məhv edir, çünki o bizə Xilaskarın sözlərini öyrədir və xatırladır.”

Qeyd edək ki, Leo XIV 8 may tarixində Roma Papası seçilib və o, bu vəzifəyə gələn ilk amerikalı papa olub.

Eyni zamanda qeyd olunmalıdır ki, papa seçilməzdən əvvəl Kardinal Prevos ABŞ prezidenti Donald Trampın siyasətini açıq şəkildə tənqid edirdi.