Roma Papası - Gərginliyi gücləndirən, diplomatiyaya olan inamı məhv edən və elitaları varlandıran silahlanmanı müdafiə adlandırmayaq
Roma Papası - Gərginliyi gücləndirən, diplomatiyaya olan inamı məhv edən və elitaları varlandıran silahlanmanı müdafiə adlandırmayaq

 

Roma Papası Avropada hərbi xərclərin artmasını pisləyib. Bu barədə XIV Leo Roma Universitetinin tələbələri qarşısında çıxışı zamanı deyib.

Pontifik Avropada xərclərin artmasını diplomatiyaya xəyanət adlandırıb və tələbələrin bu cür silahlanmanı “müdafiə xərcləri” adlandırmamalı olduqlarını qeyd edib. Onun sözlərinə əsasən, dünya “müharibələrlə şikəst edilib”.

“Gərginliyi və qeyri-sabitliyi gücləndirən, təhsil və səhiyyə sahəsinə qoyulan investisiyaları azaldan, diplomatiyaya olan inamı məhv edən və ümumi rifahda maraqlı olmayan elitaları varlandıran silahlanmanı “müdafiə” adlandırmayaq” – Roma Papası bildirib.

Məlumat üçün qeyd edək ki, ABŞ Prezidenti dəfələrlə avropalı müttəfiqləri müdafiəyə çox az pul xərclədiklərinə görə tənqid edib. Fevral ayında o, Amerika silah alıcılarının prioritet siyahısını müdafiəyə daha çox pul xərcləyən ölkələrin xeyrinə yenidən nəzərdən keçirəcək fərman imzalayıb.

Trampın tələbi ilə 2025-ci ildə NATO üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq üçün səs verib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına əsasən, 2025-ci ildə qlobal hərbi xərclərin artmasının əsas amili Avropada xərclərin 14% artaraq 864 milyard dollara çatması olub.