Roma Papası – Gender ideologiyası zəmanəmizin cinslər arasındakı fərqləri aradan qaldıran çirkin ideologiyadır, fərqlilikləri aradan qaldırmaq bəşəriyyəti aradan qaldırmaq deməkdir

18:03, 03.03.2024

Roma Papası Fransisk gender nəzəriyyəsinin təhlükələrindən danışıb və onu çirkin ideologiya adlandırıb. Katolik kilsəsinin rəhbərinin sözlərinə görə, gender ideologiyası bəşəriyyəti təhdid edir.

Vatikanda Xristian təlimlərinə görə kişi və qadınların rolunun inkişafına dair keçirilən konfransın iştirakçıları ilə görüşündə Roma Papası gender ideologiyasının cinslər arasındakı fərqi silməyə çalışdığı üçün təhlükə arz etdiyini bildirib.

“ Fərqlilikləri ortadan qaldıran, hər şeyi eyni edən dövrümüzün bu çirkin ideologiyası ilə bağlı araşdırma aparılmasını xahiş etdim. Fərqlərin aradan qaldırılması bəşəriyyəti aradan qaldırmaq deməkdir”, – deyə Roma Papası bildirib.

Oxşar