Roma Papası - qəddar, mənasız müharibənin səbəb olduğu zorakılıq və dağıntılardan çox əziyyət çəkən Ukraynaya sülh olsun
Roma Papası, Fransisk ənənəvi olaraq Müqəddəs Pyotr meydanına toplaşan 100 min insana müraciət edərək, çıxışında Ukraynadan da danışdı və ölkə xalqına sülh arzuladı.
Papanın sözlərinə görə, Ukrayna iştirak etdiyi amansız, mənasız müharibənin səbəb olduğu zorakılıq və dağıntılardan əziyyət çəkir.
“Biz çoxlu qan, çox zorakılıq gördük. Çoxlu qardaş və bacılarımız bombardmana sığınmaq məcburiyyətində qaldıqları üçün bizim də ürəyimiz qorxu və iztirabla dolu idi. Müharibədən əziyyət çəkən, iştirak etdiyi amansız, mənasız müharibədə zorakılıq və dağıntılardan çox əziyyət çəkən Ukraynada sülh olsun.
Sülh barəsində qərar qəbul edilsin, müharibə başa çatsın, insanlar əziyət çəkməsinlər”, – Roma Papası bəyan etdi və Ukraynalı qaçqınlara sığınacaq verənlərə minnətdarlığını bildirdi.