Roma Papası – Dünyaya bəşəriyyəti kiçildəcək süni intellekt deyil, müdrikliklə işıqlanan insan zəkası lazımdır

16:57, 21.08.2026

Roma Papası – Dünyaya bəşəriyyəti alçaldacaq süni intellekt deyil, müdrikliklə işıqlanmış insan zəkası lazımdır
Dünyaya bəşəriyyəti alçaldacaq süni intellekt lazım deyil. Bu barədə Roma Papası XIV Leo bildirib.
Onun sözlərinə görə, dünyaya müdrikliklə işıqlanmış insan zəkası lazımdır.

“Dünyaya bəşəriyyəti alçaldacaq süni intellekt lazım deyil. Əksinə, ona müdrikliklə işıqlanmış insan zəkası, vicdanla yönəldilən siyasi hakimiyyət və xeyriyyəçilik prinsipləri ilə istiqamətləndirilən texnoloji innovasiya lazımdır. Yalnız bundan sonra süni intellekt bəşəriyyətin rəqibinə deyil, ümumi rifahın xidmətçisinə çevrilə bilər”, – deyə Papa qeyd edib.

XIV Leo süni intellektin insan ləyaqətinə və ümumi rifaha xidmət etməli olduğunu dəfələrlə vurğulayıb.

Oxşar