Roma Papası bildirib ki, Yaxın şərqdə zorakılıq dayandırılmalı və dialoq üçün şərait yaradılmalıdır
Roma Papası Leo XIV bildirib ki, İranda və Yaxın Şərqdə zorakılıq dayandırılmalı və dialoq üçün şərait yaradılmalıdır.
Papa qeyd edib ki, İrandan və Yaxın Şərq regionundan narahatlıq doğuran xəbərlər yayılır. O, tərəfləri zorakılığı dayandırmağa və dialoqa başlamağa çağırıb.
Vatikanın Müqəddəs Pyotr meydanında keçirilən dualar zamanı Papası vurğulayıb ki, mövcud münaqişə qorxu və nifrəti alovlandırır və konfliktin daha da genişlənərək digər ölkələri, o cümlədən Livanı da əhatə edə biləcəyi təhlükəsi mövcuddur.
Papa qeyd edib ki, bombardmanlar dayandırılmalı və dialoq üçün şərait yaradılmalıdır:
“Gəlin sadə dualarımızı qaldıraq ki, bomba səsləri dayansın, silahlar sussun və dialoq üçün şərait açılsın, burada xalqların səsi eşidilsin,” – deyə Roma Papası bildirib.