Roma Papası ABŞ və Rusiyanı nüvə silahına nəzarət haqqında müqaviləni yeniləməyə çağırır
Roma Papası XVI Leo ABŞ və Rusiyanı cari həftə müddəti bitəcək nüvə silahına nəzarət haqqında müqaviləni yeniləməyə çağırır.
Bu barədə pontifik Vatikanda həftəlik audiyensiyada bildirib, “Reuters” yazır.
O, bu gün dünyada mövcud vəziyyətin yeni, sürətləndirilmiş silahlanmanın qarşısının alınması üçün səy göstərilməsini tələb etdiyini bildirib.
Roma Papası ABŞ və Rusiyanı nüvə silahına nəzarət haqqında müqavilə üzrə danışıqları təcili şəkildə bərpa etməyə çağırıb.
“Mən bu vasitənin gücünü itirməməsinə israrla çağırış edirəm. Bu gün, heç vaxt olmadığı qədər, qorxu və etimadsızlıq məntiqini ümumi xeyir naminə seçim etməyə yönəldə biləcək ortaq etik dəyərlərlə əvəzləmək vacibdir” – Roma Papası bildirib.
Məlumat üçün bildirək ki, ABŞ və Rusiya tərəfindən nüvə silahına nəzarət haqqında müqavilənin müddəti fevralın 5-də bitir. 2025-ci ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putin müqavilənin qeyri-rəsmi olaraq daha bir il uzadılmasını təklif etdi, lakin ABŞ-nin lideri Donald Tramp bu təklifə münasibət bildirməyib.