Roma Papası 26 Apreldə dəfn olunacaq
Roma Papası 26 aprel tarixində dəfn olunacaq. Bu məlumat Vatikan tərəfindən təsdiqlənib.
Müqəddəs Taxt-Tacın yaydığı məlumata görə, Papa Fransisk şənbə günü, 26 aprel tarixində, yerli vaxtla saat 10:00-da dəfn ediləcək.
Qeyd edək ki, Roma Papası Fransisk 21 aprel tarixində, 88 yaşında vəfat edib. Sabah onun cənazəsi Müqəddəs Pyotr Bazilikasına aparılacaq. Dindarlar ona ehtiram göstərmək imkanı əldə edəcəklər.
Vatikanın verdiyi rəsmi məlumata əsasən, Roma Papasının ölüm səbəbi insult olub.