Roland Mesxi daxili işlər nazirinin birinci müavini təyin olunub
Roland Mesxi daxili işlər nazirinin birinci müavini təyin olunub

 

Roland Mesxi daxili işlər naziri, vitse-baş nazir Vaxtanq Qomelaurinin birinci müavini təyin olunub.

Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Roland Mesxi uzun illər ərzində Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyirdi, 2021-ci ilin iyul ayından bu günədək isə Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin direktor müavini vəzifəsini tuturdu.

Roland Mesxi təhsilinə görə hüquqşünasdır. 2002-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetini bitirib və hüquqşünas ixtisasına layiq görülüb.

Roland Mesxi polis polkovnikidir və polis fəaliyyəti istiqamətində 20 illik iş təcrübəsinə malikdir” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.