Robin Duniqan “Beynalxalq Şəffaflıq Gürcüstan” təşkilatının nümayəndələri ilə görüşüb
ABŞ-ın Gürcüstandakı səfiri Robin Duniqan “Beynalxalq Şəffaflıq Gürcüstan” təşkilatının nümayəndələri ilə görüşüb.
Sözügedən görüşlə bağlı ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.
“Səfir Duniqan “Beynalxalq Şəffaflıq Gürcüstan” ilə görüşüb. Onlar bizim vətəndaş cəmiyyətinə sarsılmaz dəstəyimizi və Gürcüstanın demokratik inkişafı və Avropa ittifaqına namizəd statusunun dəstəklənməsi üzrə Transparency Georgia-nın fəaliyyətini müzakirə ediblər. Onlar həmçinin vətəndaş cəmiyyətinə, müxalifət fəallarına və jurnalistlərə qarşı qəbuledilməz təqiblər və fiziki hücumlar barədə tez-tez məlumatların yayılmasını müzakirə ediblər. Biz qurbandan asılı olmayaraq zorakılıq haqqında mövcud məlumatların tam, müstəqil və vaxtında araşdırılmasına çağırırıq”, – səfirlik məlumatda qeyd edib.