Roberta Metzola – Ukrayna, eləcə də Gürcüstan və Moldovaya Aİ-yə namizəd statusunun verilməsi bizim üçün prioritet olaraq qalır
“Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi bizim üçün, eləcə də Gürcüstan və Moldova üçün prioritet olaraq qalır”, – Avropa Parlamentinin sədri Roberta Metzola Aİ Şurasının Brüsseldə fövqəladə iclası öncəsi deyib.
“Ukrayna, Gürcüstan və Moldovaya Aİ-yə namizəd statusunun verilməsi bu gün müzakirə edəcəyim əsas məsələlərdən biridir. Bizim üçün, dediyimiz kimi, Aİ-yə namizəd statusunun verilməsi Ukrayna, eləcə də Gürcüstan və Moldova üçün prioritet olaraq qalır. Əks halda bu ölkələrin xalqına göndərdiyimiz mesaj nə olacaq? Ona görə də biz Avropa Komissiyasının rəyini gözləyirik.
Biz Ukraynanın anketə işıq sürəti ilə cavab verdiyini gördük və məhz bu sürətlə Aİ-dən növbəti addımlar gözləyirik. Avropa Parlamenti bizim institusional gücümüz çərçivəsində əlindən gələni edəcək. Mənim bunu demək üçün tam səlahiyyətim var” dedi Roberta Metzola.