Roberta Metsola - Ukrayna xalqının cəsarəti və dözümlülüyü tarixdə qalacaq
Ukrayna xalqının cəsarəti və dözümlülüyü tarixdə qalacaq – bu haqda Avropa Parlamentinin prezidenti Roberta Metsola Ukraynada müharibənin başlamasının dördüncü ildönümü ilə əlaqədar deyib.
“Sarsılmaz cəsarətin 4 ili. Ukraynalıların çox böyük təzyiq altında ayaqda qaldıqları 4 il. Güzəştə getməkdən imtina edən millətin 4 ili, Avropanın sarsılmaz dəstəyinin 4 ili, tarix onların cəsarətini və onların yanında olanların həmrəyliyini yadda saxlayacaq” – Metsola sosial şəbəkədə yazır.