Roberta Metsola – Gürcüstan Avropa ailəsinə aiddir
Avropa Parlamentinin sədri Roberta Metzola Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə yaxşı görüş keçirdiyini bildirib.
“Avropa Parlamentində Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ilə yaxşı görüşüm oldu.
Gürcüstan Avropa ailəsinə aiddir.
Məhkəmə sistemində islahatlar, qanunun aliliyi, media azadlığı, LGBTQ+ və insan haqları ölkənin Avropa yolu üçün həlledici əhəmiyyət kəsb edir.
Biz Ukraynaya dəstəyimizdə həmrəyik”,- Roberta Metzola Twitter-də yazıb.