Roberta Metsola – Avropalıların üçdə ikisi istəyir ki, Avropa İttifaqı onların müdafiəsində daha böyük rol oynasın, bu isə hərəkətə keçmək üçün aydın çağırışdır və biz buna cavab verəcəyik

18:37, 25.03.2025

 

Avropa İttifaqında yaşayan vətəndaşların təşkilata dəstəyi rekord səviyyədədir, sorğuda iştirak edən vətəndaşların demək olar ki, üçdə ikisi hesab edir ki, onların ölkəsi Avropa İttifaqına qoşulmaqla fayda qazanıb. Bu barədə məlumatı “Reuters” “Eurobarometer”in sorğusuna istinadən yayır.

“Eurobarometer” sorğunu yanvar və fevral aylarında keçirib. Sorğunun nəticələrinə əsasən, Avropa İttifaqının vətəndaşlarının 74%-i ölkələrinin Avropa İttifaqına üzvlükdən fayda qazandığını düşünür. Bu, 1983-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Sorğunun nəticələrinə əsasən, insanların Avropa İttifaqına üzvlüyün faydalı olduğunu düşünmələrinin əsas səbəbi dəyişib. Avropa İttifaqının vətəndaşlarının 66%-i tərəfindən sülhün qorunması və təhlükəsizliyin möhkəmləndirilməsi istənilir, belə ki, təşkilat qlobal böhranlar və təhlükəsizlik risklərindən müdafiədə daha böyük rol oynasın. Bu fikir xüsusilə gənc respondentlər arasında önə çıxır.

“Avropalıların üçdə ikisi istəyir ki, Avropa İttifaqı onların müdafiəsində daha böyük rol oynasın, bu isə hərəkətə keçmək üçün aydın çağırışdır və biz buna cavab verəcəyik. Vətəndaşlarımızın özlərini təhlükəsiz hiss etmələri üçün Avropa daha güclü olmalıdır” – Roberta Metsola bildirib.

Oxşar