Roberta Metsola – Avropa İttifaqı öz ayağı üzərində dayanmalı və müdafiə ittifaqı yaratmalıdır

13:23, 04.11.2024

 
Avropa İttifaqı öz ayağı üzərində dayanmalı və müdafiə ittifaqı yaratmalıdır – bu haqda Avropa Parlamentinin Prezidenti Roberta Metsola İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində bildirib.

Avropa İttifaqının qanunverici orqanının rəhbəri bildirib ki, Avropa İttifaqı NATO-nu tamamlayacaq özünün təhlükəsizlik təşkilatını yaratmalıdır.

Roberta Metsolanın bəyanatına əsasən, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsinə görə Avropa son dərəcə qeyri-sabit vəziyyətin astanasındadır və ABŞ-nin prezident seçkilərindən sonra Ağ Evə kimin daxil olmasından asılı olmayaraq, Avropa İttifaqı hər şeyə hazır olmalıdır.

“Avropa İttifaqı hər zaman daha güclü, ardıcıl və effektiv olmalıdır. Məsələn, təhlükəsizlik və müdafiənin real ittifaqlarından söhbət gedəndə mən eynisini deyirəm. Bizim çoxdan tələb etdiyimiz, NATO-nu tamamlayacaq və Avropa İttifaqı ilə rəqabət aparmayacaq ittifaq. Yanvarda ABŞ-da yeni prezident və müvafiq olaraq yeni administrasiya olacaq. Həmçinin, Ukraynaya yardım məsələsində bizim həmkarlarımız olan yeni Senat və yeni Konqres olacaq. Ümid edirəm ki, biz birlikdə işləməyə davam edə bilərik” – Roberta Metsola bildirib.

Oxşar