Roberta Metsola ABŞ tərəfindən sabiq Avropa komissarı Tieri Breton və daha dörd avropalıya qarşı tətbiq olunmuş sanksiyaları qınayır
Roberta Metsola ABŞ tərəfindən sabiq Avropa komissarı Tieri Breton və daha dörd avropalıya qarşı tətbiq olunmuş sanksiyaları qınayır

 

Avropa Parlamentinin prezidenti Roberta Metsola ABŞ tərəfindən sabiq Avropa komissarı Tieri Breton və daha dörd avropalıya qarşı tətbiq olunmuş sanksiyaları qınayır. Bu haqda Roberta Metsola X sosial şəbəkəsində yazır.

Onun sözlərinə əsasən, Tieri Breton və digərlərinə Avropa komissarının vəzifələrini yerinə yetirdiyinə görə səyahət qadağası tətbiq edilməsi qəbuledilməzdir.

Avropa Parlamentinin prezidenti bu məhdudiyyətlərin ləğv edilməsini tələb edir.

“Avropa Parlamenti adından bunun tez bir zamanda ləğv edilməsini tələb edirəm” – Roberta Metsola yazır.

Məlumat üçün bildirək ki, Dövlət Departamenti Amerika onlayn platformalarında materialların senzurası ilə məşğul olan beş nəfərin ABŞ-a girişini qadağan edib.