Robert Koçaryan – Paşinyan təkcə erməni torpaqlarını güzəştə getmir, həm də millətin kollektiv iradəsini və mənəvi dəyərlərini pozur, buna son qoyulmalıdır və ya hamı türk dilini öyrənməyə başlamalıdır

13:59, 31.08.2026

 

Paşinyan təkcə erməni torpaqlarını güzəştə getmir, həm də istənilən dövlətin bünövrəsini təşkil edən millətin kollektiv iradəsini və mənəvi dəyərlərini pozur. Buna son qoyulmalıdır və ya hamı türk dilini öyrənməyə başlamalıdır – bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan tərəfindən oxunan bəyanatında qeyd olunub.

Koçaryan bildirib ki, ona qarşı irəli sürülən sonuncu cinayət ittihamı o qədər cəfəngdir ki, onu standart lüğət çərçivəsində qiymətləndirmək çətindir.

Ermənistanın sabiq prezidenti bildirib ki, Nikol Paşinyan anadangəlmə qorxu və komplekslərinin daha bir maniakal kəskinləşməsini yaşayır, məhkəmə sistemi isə onun qorxularına xidmət edir.

Koçaryanın bəyanatına əsasən, ölkə son dərəcə təhlükəli avantüranın içindədir, bu da onu böyük dövlətlər arasında geosiyasi maraqların toqquşması mərkəzinə gətirib çıxarıb.

“Hökumətin məqsədi aydındır: cəmiyyəti parçalamaq, qorxu, acizlik, nifrət və məhv olma atmosferi yaratmaq. Bunlar Bakının bütün tələblərini yerinə yetirmək üçün zəruri şərtlərdir” – Robert Koçaryan qeyd edib.

Oxşar