Robert Fitso, Ukraynanın NATO-ya qoşulması ilə heç vaxt razılaşmayacağını bildirir
Slovakiyanın Baş naziri Robert Fitso, Ukraynanın NATO-ya qoşulması ilə heç vaxt razılaşmayacağını bildirir.
“Mən Slovakiya Respublikasının Baş naziri olduğum müddətcə, partiya sədri kimi üzərində siyasi nəzarətim olan deputatların Ukraynanın NATO-ya qoşulması ilə heç vaxt razılaşmamasının qayğısına qalacağam” – Robert Fitso bildirib.
Slovakiyanın Baş naziri, Ukraynanın NATO-ya qoşulmasının üçüncü dünya müharibəsi üçün zəmin yaradacağını qeyd edib.
Ukraynanın Avropa İttifaqına daxil olmasına gəlincə, Fitso, bunun əleyhinə heç nəyinin olmadığını, lakin, bunun bir neçə ilə keçiləcək yol olmadığını hesab etdiyini deyib.