Robert Fitso Qələbə Gününə həsr olunmuş tədbirdə iştirak etmək üçün Moskvaya yollanıb
Slovakiyanın Baş naziri Robert Fitso Qələbə Gününə həsr olunmuş tədbirdə iştirak etmək üçün Moskvaya yollanıb. Bu barədə məlumatı “BBC” yayır.
Medianın məlumatına əsasən, hökumət təyyarəsi “Airbus A319” Bratislava Hava Limanından yerli vaxtla təxminən saat 15:00-da havaya qalxıb və Moskva vaxtı ilə saat 21:30-da Vnukovoya eniş edəcək.
Bundan əvvəl məlumat yayıldı ki, Latviya, Litva və Estoniya hakimiyyəti Serbiya və Slovakiya liderlərinin təyyarələrinin Moskvada keçirilən tədbirlərdə iştirak etmək üçün hava məkanlarını keçməsinə qadağa qoyub.
Medianın yazdığı kimi, Slovakiya hakimiyyəti hökumət təyyarəsinin uçması üçün alternativ marşrut axtarırdı.