Robert Fico bildirib ki, Volodimir Zelenski ilə nəzərdə tutulan görüş zamanı “Drujba” neft kəmərinə hücum məsələsini müzakirə edəcək
18:52, 02.09.2025
Slovakiyanın baş naziri Robert Fico Ukrayna prezidentilə nəzərdə tutulan görüş zamanı “Drujba” neft kəmərinə hücum məsələsini müzakirə edəcəyini bəyan edib. Bu barədə Robert Fico Çində Vladimir Putinlə görüşü zamanı bildirib.
“Slovakiya üçün həyati əhəmiyyətli infrastrukturun bu yolla zədələnməsi qəbuledilməzdir”, – deyə Slovakiyanın baş naziri vurğulayıb.
Ötən həftə Robert Fico qeyd edib ki, Rusiyanın “Drujba” kəmərinə hücumun səbəbi aydın deyil. “Drujba” Macarıstana və Slovakiyaya Rusiya neftinin tədarükü üçün əsas boru kəmərlərindən biridir və avqust ayında Ukrayna qüvvələri tərəfindən bir neçə dəfə bombalanıb.