Rça-Leçxumi və Aşağı Svanetiya polisi narkotik cinayəti ilə bağlı bir nəfəri saxlayıb, xüsusilə böyük miqdarda narkotik götürülüb
Rça-Leçxumi və Aşağı Svanetiya polisi narkotik cinayəti ilə bağlı bir nəfəri saxlayıb, xüsusilə böyük miqdarda narkotik götürülüb

Daxili İşlər Nazirliyinin Rça-Leçxumi və Aşağı Svanetiya polis departamentinin Lentex rayon şöbəsinin əməkdaşları narkotik cinayəti ittihamı ilə 1992-ci il təvəllüdlü L.J.-ni saxlayıblar. Məlumatı DİN yayıb.

Cinayət 6 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

“Polis əməkdaşları ittiham olunan L.J.-nin yaşayış evində, yardımçı tikilisində və həyətyanı torpaq sahəsində axtarış zamanı sübut kimi saxlanılan şəxsin əkib-becərdiyi, xüsusilə böyük miqdarda – 200-ə yaxın narkotik maddə tərkibli “kannabis” bitkisi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 265-ci prim maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə aparılır”, – deyə DİN-in məlumatında qeyd olunur.