Rişi Sunak - "Həmas" terrorçularının İsrail vətəndaşlarına qarşı hücumları məni şoka salıb, Böyük Britaniya vətəndaşlarını İsraildəki səyahət tövsiyələrinə əməl etməyə çağırırıq
Rişi Sunak - "Həmas" terrorçularının İsrail vətəndaşlarına qarşı hücumları məni şoka salıb, Böyük Britaniya vətəndaşlarını İsraildəki səyahət tövsiyələrinə əməl etməyə çağırırıq

Bu səhərdən etibarən “Həmas” terrorçularının İsrail vətəndaşlarına qarşı həyata keçirdiyi hücumlar məni şoka salıb, – bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak sosial şəbəkədə yazır.

Rişi Sunak İsraildəki Britaniya vətəndaşlarını səyahət tövsiyələrinə əməl etməyə çağırır.

“İsrailin özünü müdafiə etmək üçün mütləq hüququ var. Biz İsrail hakimiyyəti ilə əlaqədəyik. Biz İsraildəki Britaniya vətəndaşlarını səyahət tövsiyələrinə əməl etməyə çağırırıq”, – Sunak yazıb.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Raket hücumu nəticəsində azı 5 nəfər ölüb, 100-dən çox İsrail vətəndaşı yaralanıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb.

Bundan başqa, Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumu səbəbindən İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.