Rio-de-Janeyroda yaranmış mürəkkəb vəziyyəti nəzərə alaraq, Gürcüstanın Braziliyadakı səfirliyi Gürcüstan vətəndaşlarını əlavə ehtiyatlı olmağa çağırır
Rio-de-Janeyroda yaranmış mürəkkəb vəziyyəti nəzərə alaraq, Gürcüstanın Braziliyadakı səfirliyi Gürcüstan vətəndaşlarını əlavə ehtiyatlı olmağa çağırır

 

Braziliya Federativ Respublikasındakı Gürcüstan səfirliyi Gürcüstan vətəndaşlarını əlavə ehtiyatlı olmağa çağırır. Bu haqda səfirlik tərəfindən yayılmış məlumatda bəhs olunur.

“Hüquq-mühafizə orqanları tərəfindən Rio-de-Janeyroda keçirilən genişmiqyaslı əməliyyata görə, şəhərdə yaranmış mürəkkəb vəziyyəti (məhdudlaşdırılmış hərəkət, uçuş cədvəllərinin dəyişdirilməsi, toplanma yerləri və mədəni obyektlərin bağlanması) nəzərə alaraq, Braziliya Federativ Respublikasındakı Gürcüstan səfirliyi ştatda hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilmiş tənzimləmələrə tam əməl edilməsi üçün Gürcüstan vətəndaşlarını əlavə ehtiyatlı olmağa çağırır!

Zərurət halında və əlavə məlumat almaq üçün qaynar xəttlə: +55 61 3366 1101 bizimlə əlaqə saxlayın” – məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, Rio-de-Janeyroda polis tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı keçirilən genişmiqyaslı xüsusi əməliyyat zamanı dörd polis əməkdaşı da daxil olmaqla ən azı 60 nəfər həlak olub. Braziliya hökumətinin bəyanatına əsasən, ən azı 56 nəfər saxlanılıb.