Rike-Narikala kanat yolu bu gündən martın 1-dək sərnişinlərə xidmət göstərə bilməyəcək

10:19, 07.02.2022

Rike-Narikala kanat yolu bu gündən fevralın 7-dən martın 1-dək texniki reqlamentdə nəzərdə tutulmuş işlərlə əlaqədar sərnişinlərə xidmət göstərə bilməyəcək.

Tbilisi meriyasından verilən məlumata görə, qeyd olunan müddət ərzində “İp avadanlığının (ip yolu, funikulyor) təhlükəsiz istismarı üzrə texniki reqlament”ə uyğun olaraq yedəkləmə kanatının dəyişdirilməsi və servis işləri görüləcək.

“Müqavilənin şərtlərinə əsasən, işləri İtaliyanın “Leitner” istehsal şirkətinin mütəxəssisləri yerinə yetirəcək.

“Tbilisi Nəqliyyat Şirkəti yaranmış narahatlığa görə üzr istəyir”, – deyə.Tbilisi meriyasının bəyanatında deyilir.

Oxşar