Rikard Yozviak, Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelin Strasburqda yerləşən Avropa Parlamentinin binasına daxil olmasına qadağa qoyulduğuna dair məlumat verir
June 6, 2019 - Press Secretary of the President of Ukraine Yulia Mendel speaks with journalists during a briefing at Presidential Administration in Kyiv, Ukraine, June 6, 2019. (Credit Image: © Sergii KharchenkoZUMA Wire)
“Azadlıq Radiosu”nun Brüssel bürosunun müxbiri Rikard Yozviakın məlumatına əsasən, Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelin Strasburqda Avropa Parlamentinə daxil olmasına qadağa qoyulub.
Yozviak bildirib ki, Mendel sentyabrın 17-də ultra-sağçı “Almaniya üçün Alternativ” partiyası tərəfindən təşkil olunmuş tədbirdə çıxış etməli idi.
“Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelin Strasburqda Avropa Parlamentinə daxil olmasına qadağa qoyulub. O, sabah orada “Almaniya üçün Alternativ” partiyasının təşkil etdiyi tədbirdə çıxış etməli idi” – Yozviak yazır.
Məlumat üçün bildirək ki, sentyabrın 13-də Volodimir Zelenski keçmiş mətbuat katibi Yuliya Mendelə qarşı fərdi sanksiyaların tətbiq edilməsi haqqında fərmana imza atıb.
Prezidentin veb-saytına yerləşdirilən məlumata əsasən, Zelenski Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın “kölgə donanması”nın gəmilərinə, Rusiyanın “Rostex” dövlət korporasiyası ilə əlaqəli müəssisə və şəxslərə, həmçinin Rusiyanın təcavüzünə bəraət qazandıran təbliğatçılara qarşı sanksiyaların tətbiqi barədə qərarlarını qüvvəyə mindirən üç fərman imzalayıb.
Yuliya Mendel Zelenskinin mətbuat katibi vəzifəsini 2019-cu ilin iyunun 3-dən 2021-ci ilin iyulun 9-dək tuturdu. Vəzifəsindən azad edildikdən sonra o, Prezidentə və onun komandasına qarşı bir çox bəyanatlar verib. Mendelin bəyanatlarından birinə əsasən, Volodimir Zelenski 2022-ci ildə müharibənin başa çatması müqabilində Donbası Rusiyaya verməyə hazır olub.