Rikard İozviak - Avropa Parlamenti Gürcüstanla bağlı qeyri-məcburi qüvvəyə malik qətnamə qəbul etdi
Rikard İozviak - Avropa Parlamenti Gürcüstanla bağlı qeyri-məcburi qüvvəyə malik qətnamə qəbul etdi

 
Avropa Parlamenti Gürcüstanla bağlı qeyri-məcburi qüvvəyə malik qətnamə qəbul etdi – bu haqda “Azadlıq” radiosunun Avropa Bürosunun redaktoru Rikard İozviak “X” sosial şəbəkəsində yazır.

İozviakın yazdığı kimi, qətnamə Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımır.

“Avropa Parlamenti səs çoxluğu ilə qeyri-məcburi qüvvəyə malik qətnamə qəbul etdi. Qətnamə Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımır və beynəlxalq ictimaiyyəti də eyni addımı atmağa çağırır. Qətnamə bir il ərzində təkrar seçkilərin keçirilməsi çağırışı ilə çıxış edir” – İozviak yazır.