Rik Dems - Gürcüstan Avropa ailəsinə tam üzv olmaq yolundadır

“Gürcüstan qətiliklə Avropa ailəsinin tam üzvlüyü yolundadır” dedi Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Dems, Gürcüstanın Ədliyyə Naziri ilə görüşdən sonra.

Rik Dems, ölkənin Avroatlantik strukturlardakı istəklərini müsbət qiymətləndirdi və Gürcüstan hökumətinin bu prosesi sürətləndirmək üçün səylərini əsirgəmədiyini qeyd etdi.

Rik Dems ilə Rati Breqadze arasında görüş Ədliyyə Nazirliyində keçirildi. Tərəflər, Avropaya inteqrasiya perspektivinə əlavə olaraq insan hüquqları, qanunun aliliyi və demokratiya kimi təməl prinsiplər barədə fikir mübadiləsi apardılar.

Rati Breqadze, Ədliyyə Nazirliyinin fəaliyyət planının əsas prioritetlərini də Rik Demsə təqdim etdi. Ədliyyə Nazirliyinin Avropa Birliyinin fəal iştirakı ilə həyata keçirməyi planlaşdırdığı layihələrdən də danışdılar. Avropa Şurası Parlament Assambleyasının sədri Ədliyyə Nazirliyinin gələcək planlarını müsbət qiymətləndirdi.

Ədliyyə naziri Rati Breqadze, Avropa Şurası Parlament Assambleyasının sədrini Ədliyyə Nazirliyində qəbul etdi.

Məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidməti yayır.