Riğe və Nariğalanı birləşdirən kanat yolu avqustun 5-də sərnişinlərə xidmət göstərə bilməyəcək
Riğe və Nariğalanı birləşdirən kanat yolu, planlaşdırılan texniki işlərə görə avqustun 5-də sərnişinlərə xidmət göstərə bilməyəcək – bu barədə məlumatı Tbilisi Nəqliyyat Şirkəti yayır.
Bəyanatda qeyd olunub ki, kanat yolu adi rejimdə fəaliyyətini avqustun 6-da bərpa edəcək.
“Riğe və Nariğalanı birləşdirən kanat yolu, planlaşdırılan texniki işlərə görə avqustun 5-də sərnişinlərə xidmət göstərə bilməyəcək. Kanat yolu adi rejimdə fəaliyyətini avqustun 6-da bərpa edəcək. Yaranmış narahatlığa görə Tbilisi Nəqliyyat Şirkəti sizdən üzr istəyir” – bəyanatda deyilir.