Revaz Soxadze – Qış dövründə Gürcüstanda heç bir istiqamətdə hərəkətin bağlanmaması bizim üçün prioritetdir

19:29, 17.09.2026

 

Acara Muxtar Respublikasının rəhbərliyi ilə birlikdə regionda cari infrastruktur layihələri ilə tanış olduq. Əsasən bu, yol infrastrukturu tikintisi idi. Ölkəmiz və bütövlükdə region üçün çox mühüm layihə olan Xulo-Zarzma hissəsində olduq – bu barədə Gürcüstanın infrastruktur naziri Revaz Soxadze bildirib.

Nazir Xulo-Zarzma yolunun hissəsində cari işlərlə yerində tanış olub və layihənin gedişatı haqqında danışıb. Onun sözlərinə əsasən, 47 kilometrlik yol hissəsindən 44 kilometrində işlər artıq yekunlaşıb, qalan üç kilometrdə isə işlər davam etdirilir.

“Kifayət qədər çox olan və mürəkkəb mühəndislik həlləri tələb edən sürüşmə zonaları problem təşkil edir. Bu il həmin üç kilometrdən 1 600 metrində işlər tamamlanacaq. Məhz indi olduğumuz məkan da həmin nöqtələrdən biridir, burada sürüşmə zonalarının yaratdığı problemin birdəfəlik həll olunması üçün hər bir metri qorumaq üçün çox mürəkkəb və həcmli işlər aparılır” – Revaz Soxadze qeyd edib.

Revaz Soxadzenin bəyanatına əsasən, Xulo-Zarzma yolunun qalan hissəsinin tam yekunlaşdırılması gələn ilə planlaşdırılır. Bununla yanaşı, bir problemli hissə qalır ki, onun üçün mühəndislik həllinin işlənib hazırlanması məqsədilə ayrı bir beynəlxalq tender elan olunacaq.

“Bir problemli hissə qalacaq, onunla bağlı tədqiqat üçün ayrı beynəlxalq tender elan edəcəyik ki, artıq düzgün mühəndislik həlli ortaya qoyulsun və bu problem də lazımi qaydada həll edilsin” – nazir bildirib.

Revaz Soxadze, həmçinin Qoderdzi aşırımında qış dövründə hərəkətin təmin edilməsi istiqamətində planlaşdırılan tədbirlərdən danışıb.

Onun sözlərinə əsasən, Avtomobil Yolları Departamenti müvafiq işlərə başlayacaq ki, Axaltsixe tərəfdən Xulo istiqamətində hərəkət qış dövründə artıq məhdudlaşmasın.

“Razılaşdıq ki, Avtomobil Yolları Departamenti işə başlayacaq ki, Axaltsixe tərəfdən Xulo istiqamətində hərəkət qış dövründə artıq bağlanmasın. Qoderdzi aşırımında, bildiyiniz kimi, qış dövründə hərəkət tez-tez bağlanır. Biz müvafiq texnika alacağıq və sonra, qış dövründə baxım-saxlama işləri həyata keçirəcəyik ki, hərəkət daima açıq olsun” – nazir qeyd edib.

Revaz Soxadzenin bəyanatına əsasən, qış dövründə yollarda fasiləsiz hərəkətin təmin edilməsi İnfrastruktur Nazirliyinin və Avtomobil Yolları Departamentinin əsas prioritetlərindən biridir.

“Avtomobil Yolları Departamenti istiqamətində nazirliyimizin əsas prioritetlərindən biri o olacaq ki, Gürcüstanda heç bir istiqamətdə, əksər hallarda qış dövründə hərəkət bağlanmasın. Bu, çox vacibdir” – Soxadze qeyd edib.

Oxşar